Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu “Qars təlimi”ndə iştirak edir - VİDEO

A- A A+

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl çoxmillətli qış təlimində iştirak etmək məqsədilə Türkiyə Respublikasına yola salınan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları təlimə hazırlıq məşqlərinə başlayıblar.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Beynəlxalq hərbi təlimdə iştirak edəcək hərbi qulluqçularımızın bir qrupu Qars şəhərindəki poliqonda çətin relyefli və qarlı ərazilərdə, digər bir qrupu isə Kayseri şəhərində paraşütçü komandolar hazırlayan mərkəzdə məşqlərə cəlb ediliblər. Təlimdə çətin iqlimi və relyefi ilə fərqlənən ərazilərdə döyüş əməliyyatlarının aparılması tapşırıqlarını yerinə yetirəcək heyətlər məşqlərdə fəallıqları ilə seçilirlər. Məşqlər zamanı bölmələrin qış şərtlərində ərazidə məskunlaşma qabiliyyətləri və təchizatları da yoxlanılır.

 

Nəriman Nəcəfov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: