Naxçıvandan gedən avtobus Biləsuvarda qəzaya düşüb, yaralı reanimasiyaya köçürülüb

A- A A+

Biləsuvarda yol qəzasında xəsarət alan şəxsin kimliyi məlum olub.

NUHÇIXAN-ın məlumatına görə, qəza nəticəsində ağır xəsarət alan Naxçıvan şəhər sakini, 1977-ci il təvəllüdlü Təhminə Ələcova Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, Naxçıvandan Bakıya gedən avtobus Biləsuvar rayonu ərazisində betonqarşdıran "Kamaz"la toqquşub. Qəza nəticəsində yük maşınının çəni yaxındakı minik avtomobilinin üzərinə aşıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: