Səlahiyyətli nümayəndə Ordubadda sakinlərlə görüşüb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, dekabrın 2-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ordubad rayonunda olub, sakinlərlə görüşüb.   Görüşdən əvvəl səlahiyyətli nümayəndə Ümummilli Liderimiz Heydər Əliyevin Ordubad şəhərində ucalan abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıb.  

Sonra vətəndaşları, o cümlədən şəhid ailəsi üzvünü qəbul edən səlahiyyətli nümayəndə onların hər biri ilə fərdi söhbət aparıb, problem və təkliflərini dinləyib. Müraciətlər protokollaşdırılaraq həlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görüləcəyi bildirilib.  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: