Son 4 ildə əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələri növlərinin sayı 4 dəfəyə yaxın artırılıb
Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatının gücləndirilməsi aparılan sosial islahatlarda önəmli yer tutur.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən NUHÇIXAN-a verilən məlumatda deyilib.
Bildirilib ki, bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığı çərçivəsində, əlilliyi olan şəxslərin rəy və təklifləri də öyrənilməklə 2020-ci ildə və cari ildə qanunvericilikdə müvafiq dəyişikliklər edilib.
Beləliklə, əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin sayı son 4 ildə 4 dəfəyə yaxın artırılaraq 34-dən 130-a çatdırılıb.