Sumqayıtdakı partlayışda yaralananların vəziyyəti məlum olub

A- A A+

Sumqayıtda yaşayış binasında baş vermiş partlayış nəticəsində yaralananların vəziyyəti ağırdır.

Bu barədə NUHÇIXAN-a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.

“03.12.2024-cü il tarixində saat 06:40 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb olunub”, – məlumatda qeyd olunub.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan 3 nəfər (2 kişi cinsli, 1 qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Bildirilib ki, 1977, 2007 və 2010-cu il təvəllüdlü şəxslər ağır yanıq xəsarətləri ilə Reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağırdır.

Qeyd edək ki, təcili tibbi yardım briqadaları hadisə yerindədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: