Novxanıda partlayışda xəsarət alan Vüqar Həşimovun valideynlərinin son durumu açıqlanıb - YENİLƏNİB

A- A A+

Novxanıda partlayış zamanı xəsarət alan şəxslərin mərhum şahmat ustası Vüqar Həşimovun valideynləridir.

NUHÇIXAN-ın məlumatına görə, FHN-in xilasediciləri tərəfindən dağıntılar altından Qasım Həşimov və Aidə Həşimova sağ çıxarılaraq adiyyatı üzrə təhvil veriliblər.

TƏBİB-dən NUHÇIXAN-a bildirilib ki, Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə 03.12.2014-cü il tarixində saat 08:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb edilib.

"Hadisə nəticəsində xəsarət alan 2 nəfər (1 qadın cinsli, 1 kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Müalicələri davam etdirilir, vəziyyətləri ağırdır".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: