Naxçıvanda baytarlıq apteklərində mənşəyi məlum olmayan preparatlar aşkarlanıb - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən muxtar respublikada fəaliyyət göstərən baytarlıq apteklərində keçirilən monitorinq zamanı bu sahədə normativ-hüquqi sənədlərin tələblərinin pozulduğu, son istifadə tarixi bitmiş və mənşəyi məlum olmayan baytarlıq preparatlarının satıldığı hallar aşkar edilib.

Agentlikdən NUHÇIXAN-a bildirilib ki, satışı həyata keçirilən istifadə müddəti bitmiş və mənşəyi məlum olmayan baytarlıq preparatları satışdan kənarlaşdırılaraq müvəqqəti saxlanca verilib, qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: