Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası nəqliyyat sektorunu da əhatə edib.
NUHÇIXAN xəbər verir ki, Dövlət Proqramına uyğun olaraq iqtisadiyyatın inkişafında mühüm rol oynayan nəqliyyat sektorunda həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində muxtar respublikada avtomobil yollarının çəkilməsi və yenidən qurulması, körpülərin tikintisi, yol şəbəkələrinin bərpası işləri davam etdirilib. Ötən beş il ərzində 317,8 kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları, 24 körpü tikilib və ya 14 körpü əsaslı təmir olunub. Təkcə 2018-ci ildə 50,4 kilometr uzunluğunda avtomobil yolları salınıb, bir körpü tikilib, bir körpü isə bərpa olunub, Naxçıvan Beynəlxalq Hava Limanında maşın və mexanizmlər üçün qaraj kompleksi yaradılıb, hava limanının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 25 adda 30 yeni texnika və avtomobil alınıb. Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə Naxçıvan şəhərində 5 yeni avtobus marşruta buraxılıb.