Naxçıvanda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib - FOTOLAR

A- A A+

Naxçıvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

NUHÇIXAN xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.

Dumanlı havada 67-BL-794 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil yolu keçən Naxçıvan şəhər sakini, 1961-ci il təvəllüdlü İsmayılov Abbas Novruz oğlunu vurub. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: