Ali Məclisin deputatı Qəzənfər Abdullayev Əbrəqunus kənd sakinləri ilə görüş keçirib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qəzənfər Abdullayev Culfa rayon Əbrəqunus kənd sakinləri ilə görüşüb. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüş zamanı kənd sakinləri sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluq imkanlarının genişləndirilməsi, elektrik və digər sahələrdə yaranan problemlərin həlli istiqamətində müraciət və təkliflər səsləndiriblər. Hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilib.
Deputat digər müraciətlərin araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun şəkildə icra olunacağını vurğulayıb.
Sonda vətəndaşlar göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkür və minnətdarlıqlarını bildiriblər.