Azad edilmiş ərazilərdə ekoloji hüquqpozmalarla bağlı 106 akt, 64 protokol tərtib olunub

A- A A+

Cari ilin ötən dövrü ərzində işğaldan azad olunmuş ərazilərdə həyata keçirilmiş nəzarət tədbirləri zamanı aşkar edilmiş ekoloji hüquqpozmalarla bağlı ümumilikdə 106 akt, 64 protokol tərtib olunub.

NUHÇIXAN-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Xaliq Mirzəyev Ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.

O bildirib ki, nöqsanların aradan qaldırılması üçün 11 ədəd müddətli "Ekoloji tələb" verilib:

"Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi, vəzifəli və fiziki şəxslərə ümumilikdə 147 060 manat məbləğində cərimə tətbiq edilib və ətraf mühitə dəymiş ziyanla bağlı 22 iş üzrə 29 273,57 manat məbləğində iddia qaldırılıb.16 işlə bağlı toplanmış materiallar aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: