Bahar Muradova: Erkən nikahlarla bağlı istisna və güzəştlər aradan qaldırılıb

A- A A+

Erkən nikahlarla bağlı problem yaradan bütün məqamları aradan qaldırmışıq, artıq heç bir istisna, güzəşt yoxdur.

NUHÇIXAN xəbər verir ki, bunu Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda evlilik yaşı 18-dir, bundan daha tez evlilik hallarının baş verməməsi üçün müəyyən tədbirlər görülür:

"Bununla bağlı müvafiq qurumlarla birgə fəaliyyət göstəririk. Biz də ümid edirik ki, insanlar zamanla qanunun bu sahə üzrə tələblərini rəhbər tutaraq addım atacaqlar".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: