Dünyaya gələn nadir siyasət adamları təkcə öz ölkələrinin deyil, bütöv bir epoxanın tarixini müəyyən edirlər. Belə nadir şəxsiyyətlərdən, siyasi xadimlərdən biri də Ulu Öndər Heydər Əliyevdir. Bu böyük siyasətçinin səyi nəticəsində qısa müddət ərzində Azərbaycan bütün müsbət göstəricilər üzrə tək Qafqazda deyil, bütün keçmiş SSRİ məkanında liderə çevrildi.
Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti Azərbaycanla məhdudlaşmayıb bütövlükdə Türk Dünyasını əhatə edir. Görkəmli elm adamı akademik İsa Həbibbəyli “Heydər Əliyev və türk dünyası” başlıqlı məqaləsində yazır: “Heydər Əliyev və türk dünyası geniş bir mövzu olaraq, Azərbaycan xalqının ümummilli liderinin ayrı-ayrı türk dövlətləri və xalqları ilə çoxcəhətli əlaqələrini özündə cəmləşdirir. Heydər Əliyevin türkdünyası ilə siyasi, diplomatik, iqtisadi, sosial, hərbi sahələri əhatə edən çoxcəhətli fəaliyyətində elm, təhsil,ədəbiyyat və incəsənət istiqamətlərinin də özünəməxsus yeri və əhəmiyyəti vardır” [42].Bu m’nada böyük tarixi şəxsiyyətin türk dünyası ilə bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar, söylədiyi mülahizələr elmi-nəzəri mükəmməlliyi ilə yanaşı, praktik perspektivliyi ilə də böyük tarixi əhəmiyyətə malikdir. Heydər Əliyev Azərbaycanın türk dünyası, xüsusilə müstəqil türk dövlətləri ilə əlaqələrinin müfəssəl proqramını vermişdir ki, buraya əsasən aşağıdakılar daxildir: “1.Türk dövlətlərinin müstəqilliyinin müdafiəsi,2.mövcud imkanlar çərçivəsində türk dünyasının birliyinin təmin olunması,bu birliyin narahat dünyamızda nizam yaradılması məqsədinə xidmət etməsi,3.Azərbaycanın iqtisadi,siyasi,ictimai problemlərinin həllində türk dünyasının imkanlarından istifadə edilməsi,4.türk dünyasının qüvvələrinin birləşdirilməsi və birgə hərəkətinin təmin edilməsi,5.türk dünyasının beynəlxalq nüfuzunun daha da gücləndirilməsi və bunun üçün müstəqil türk dövlətlərinin imkanlarından istifadə edilməsi”(16,s.32-33).
Bu istiqamətdə Ümummilli Liderin daha səmərəli fəaliyyəti 1993-cü ildən başlayır. İstanbulda İqtisadi Əməkdaşlıq Təşkilatının II görüşünün iştirakçılarına 5iyul 1993-cü il tarixli müraciətində Heydər Əliyev demişdir:“İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin-Türkiyə, İran, Pakistan, Əfqanıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Azərbaycan və Qırğızıstanın istifadə edilməmiş zəngin təbii sərvətləri, material ehtiyatları var. Onlardan birga istifadə olunması əsl müsəlman intibahına çevriləcək, bütün bəşəriyyətin inkişafına töhfə verəcəkdir".
Bu müraciətdə türklük düşüncəsinin mühüm tarixi əlamətləri əks olunmuşdur
Heydər Əliyev türk birliyinin möhkəmlənib inkişaf etməsində Türkiyənin rolunu həmişə yüksək qiymətləndirmiş, Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal AtatürküXX əsrin ən böyük dahi şəxsiyyətlərindən biri kimi səciyyələndirmişdir. O, 1994-cü il fevralın 9-da Türkiyə Böyük Millət Məclisindəki çıxışında türk xalqının böyük oğlu M.K.Atatürkün 1933-cü ildə dediyi fikirləri xatırlatmışdı: “Bu gün Sovet İttifaqı bizim dostumuz, qonşumuz və müttəfiqimizdir. Bu dostluğa ehtiyacımız var. Lakin sabah nə olacağını bu gün heç kəs müəyyən edə bilməz. Bir vaxtbu dövlət də Osmanlı dövləti kimi, Avstriya-Macarıstan kimi parçalana, kiçilə bilər.Bu gün əlində bərk-bark tutduğu millətlər ovuclarından qaça bilərlər.Dünya yeni bir müvazinətə keçə bilər. O zaman Türkiya na edəcəyini bilməlidir. Bizim bu dostumuzun idarəçiliyi altında dili bir, dini bir, mahiyyəti bir qardaşlarımız vardır.Onlara sahib çıxmağa hazır olmalıyıq.Susaraq o günü gözləmək deyil, hazır olmaq lazımdır”.Eyni müdriklik türk xalqlarının birlik və həmrəylik naminə tarixi xidmətləri ilə seçilən Heydər Əliyevin siyasətində də hiss olunur: “1991-ci ildə Sovet İttifaqının dağılması ilə əlaqədar Azərbaycan öz dövlət müstəqilliyni əldə etdi, onu bərpa etdi. Yəni Mustafa Kamal Atatürkün uzaqgörənliyi bununla da sübut olunur. O, hələ o vaxt görürdü ki, Azərbaycan və türkdilli digər xalqlar- Orta Asiya xalqları daim əsarətdə qalmayacaqlar, öz müstəqilliklərinə, öz azadlıqlarına nail olacaqlar”. Türk dünyasının hər iki korifeyinin əqidə və məramı eyni məqsəd və amala yönəlib: mənəvi körpüləri qoruyub saxlamaq, köklərimizə qayıtmaq, imperiya siyasətinin zaman-zaman parçaladığı tariximizin içində bütövləşmək, ortaq dəyərlərimizi birləşdirmək, qoruyub, saxlamaq. Ataturk çətin illərdə Türkiyənin istiqbalını Antanta qoşunlarının həmlələrindən xilas etdiyi kimi, Heydər Əliyev Azərbaycanın müstəqilliyini daxili və xarixi bədxahlarımızın təsir və təzyiqlərindən qorumuşdur. Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti ilə Azərbaycan xalqına qarşı pərdəarxası oyunlara, siyasi anarxiya və ekstremist hallara son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuş, bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaranmışdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alındı, dövlət müstəqilliyi qorunub saxlanıldı(16, s.65).
Atatürkün bu fikrini nümunə gətirdikdən sonra xalqımızın böyük rəhbəri bu məsələdə öz mövqeyini müəyyən qədər açıqlayaraq deyirdi:v “60 il bundan öncə M.K.Atatürk bu günləri görmüş və bu vəsiyyəti etmişdir. İndi həmin dövran gəlib çatıb və Türkiyəyə dost,qardaş ölkələr, millətlər öz müstəqilliyini əldə ediBakı O cümlədən Türkiyəyə dost və qardaş olan Azərbaycan da müstəqil bir dövlətdir. Sizə bildirmək istəyirəm ki, xalqlarımızın keçmiş tarixi, bu günə qədər yaşadığımız dövr bundan sonra daha yaxın, daha çox dost və qardaş olmağımız üçün böyük təməldir".
Yeri gəlmişkən kiçik bir haşiyə çıxaraq qeyd edək ki, Azərbaycan atatürkşünaslığı XX əsrin 20-ci illərindəböyük dövlət xadiminin, görkəmli mütəfəkkirin ictimai-siyasi, ideoloji fəaliyyətinin miqyasının genişləndiyi illərdə formalaşsa da, həmin əsrin 30-cu illərindən tədricən anti-atatürkşünaslığa çevrildi. Sonrakı illərdə isə sovet ideologiyası Atatürkün adını Azərbaycan xalqının yaddaşından silməyə çalışdığına görə onun haqqında aparılan araşdırmaları məhdudlaşdırırdı ki, bu, sovet dövlətinin dağılmasına, ideologiyasının süqutuna qədər təxminən əlli il davam etdi.
Müstəqil Azərbaycan Respublikasının yaranması, inkişafı ilə bağlı olaraq milli dövlət quruculuğu təcrübələrinə müraciət edərkən ilk yada düşən mənbələrdən biri böyük Atatürkün XX əsrin 20-30-cu illərində vermiş olduğu möhtəşəm təcrübə oldu.Ümummilli lider 1993-cü ildə bu məsələyə öz münasibətini ifadə edərkən bildirmişdi: "Azərbaycan xalqı öz milli azadlığı uğrunda mübarizə apararkən milli istiqlaliyyətinə nail olmağa, milli dövlətçiliyini yaratmağa çalışarkən daim Türkiyə xalqının dəstəyinə, dayağına arxalanmış,M.K.Atatürkün yolu ilə gedən Türkiyə Cümhuriyyətinin təcrübəsindən bəhrələnmişdir".
Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin türk dünyasının birliyi kimi mühüm məsələdə Atatürkə müraciət etməsi təsadüfi deyildi.Çünki bu məsələlər bütün ömrü boyu onu da düşündürmüşdü. Heydər Əliyev sonralar Bakıda sədri olduğu Atatürk Araşdırma Mərkəzinin açılışında bu fikri daha da inkişaf etdirərək deyəcəkdi: “Biz Azərbaycanda türkdilli dövlətlərin, Türkiyənin tarixinə, Azərbaycan-Türk münasibətlərinin tarixinə böyük əhəmiyyət veririk. Xüsusi olaraq biz dahi Atatürkün irsinin elmi şəkildə tədqiqində maraqlıyıq.Təbii ki, bu sahədə Türkiyədə böyük işlər görülüBakı Mən hesab edirəm ki, Atatürk tərəfindən yaradılan və yeni nəslin ixtiyarına buraxılan zəngin irs yüz il belə tədqiq olunsa da, onu elmdə, kutablarda, digər məlumat mənbələrində tam şəkildə şərh etmək qeyri-mümkündür”.
Ümummilli liderimiz Azərbaycanda Atatürk Mərkəzini yaratmaqla türk dünyasının böyük mütəfəkkir şəxsiyyətinə, Qazi Mustafa Kamala öz dərin ehtiram və sayqısını ifadə etməklə yanaşı, kamalizm fəlsəfəsinin bu regionda hərtərəfli şəkildə öyrənilməsinə, Atatürkşünaslığa böyük töhfə bəxş etmiş oldu.
Qardaş Türkiyə Cümhuriyyəti haqqında aşağıdakı müdrik fikirlər ulu öndər Heydər Əliyevə aiddir: "Türkiyə hazırda dünyanın siyasi durumunda nüfuzlu təsur qüvvəsinə malik, ümumbəşəri dəyərləri qorumaq əzmində olan iqtisadi və mədəni səviyyəsi etibarilə inkişaf etmiş qüdrətli dövlətlərdən birinə çevrilmişdir....Türkiyə ilə Azərbaycan arasında indiyədək yaranmış əlaqələr yeni mərhələyə keçir.Xalqlarımız bir kökdəndir.Hətta son dövrdə ayrı düşməyimiz də bu birliyimizi əlimizdən almamışdır.İndi biz bu birliyi davam etdirmək üçün bütün imkanlara malikik.Biz bir millət, iki dövlətik".
1994-cü ilin fevralında Türkiyə Cümhuriyyətinin prezidenti Süleyman Dəmirəlin dəvətilə Türkiyədə rəsmi səfərdə olarkən ümummilli liderimiz müxtəlif görüşlər keçirmiş, bu ölkə barəsində on illərlə ürəyində, beynində daşıdığı fikirlərin əksəriyyətini ilk dəfə söyləmiş və prezident Dəmirəli ad günü münasibətilə təbrik etmişdi.
“Böyük dövlət xadimi Süleyman Dəmirəl isə Azərbaycan xalqının milli liderinin tarixi xidmətlərini dünyanın böyük dövlət adamlarının öz xalqları qarşısındakı tarixi xidmətləri ilə müqayisə edib göstərmişdir ki, Çörçilin 1940, Ruzveltin 1942, Adenauerin 1946, De Qollun 1958-ci ildə gördükləri işləri Heydər Əliyev 1993-cü ildə gördü”(17, s.222). Şəxsi həyatı, uzaqgörən, müdrik siyasəti ilə tarixi salnamə yazan ümummilli lider Heydər Əliyev kimi dahilər tarixdə bir dəfə yetişir söyləyənlər səhv etmirlər. Bu aforizmi başqa şəkildə ifadə edən Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəl isə ulu öndərə inamını, məhəbbətini bu sözlərlə bildirirdi: “Azərbaycan xalqının bəxti onda gətirib ki, onun Heydər Əliyev kimi lideri var.” O, eyni münasibətini türk dövlət və topluluqlarının XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayındakı çıxışında bir daha təkrarlayaraq müstəqil Azərbaycanın qurucusu, böyük dövlət adamı, türk dünyasının ulduz korifeylərindən olan və türk dünyasına mənsub olmağın qürurunu yaşayan, ona dəstək olan Heydər Əliyevi türkçülüyün banisi adlandırmışdır: “Türk dünyası 11 milyon kvadratkilometrdir. Yəni üç Avropa böyüklüyündəki bir sahədə türk dillərində danışan, “mən türkəm” deyən, əfsanəsi, dili və tarixi bir olan insanların dünyası var. Bu, bir ulu çinardır, ulu çinarın budaqları vardır. Türkə görə 21 qol bu çinarın budaqlarıdır.”
Tək Azərbaycan xalqının deyil, bütünlükdə türk dünyasının lideri olduğunu Dünya azərbaycanlılarının I qurultayını təşkil etməklə, 36 ölkəni təmsil edən 403 nümayəndəni (bütünlükdə 1105 nəfər) eyni məqsəd naminə birləşdirən ulu öndər bununla da türkçülük ideyasının təkmilləşdirilməsi kimi tarixi missiyanı həyata keçirdi. Heydər Əliyevin siyasi, iqtisadi, ictimai, mədəni sahələrdə həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir.
“Türkiyə, xüsusilə 20-ci illərdən başlayaraq yalnız türkiyəlilərin deyil, ümumən dünya türklərinin mənəvi vətəni olmuşdur. Sibir, Türküstan, Volqaboyu, Şərqi Avropa, Şimali Qafqaz, Azərbaycan türkləri həmin illərdən etibarən ümidlərini Türkiyəyə bağlamışdılar. Bunun bir səbəbi də o idi ki, cəza orqanlarının təqibindən qaçan yüzlərlə türk mücahidi 20-ci,30-cu,40-cı illərdə məhz Türkiyədə məskunlaşmışdı; onların içərisində Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağaoğlu, Zəki Vəlidi Toğan, Əhməd Cəfəroğlu kimi böyük simalar vardı ki, elmi, ictimai-siyasi,mədəni-ədəbi fəaliyyətlərinin sonuna qədər türkçülüyü Türkiyəçilik səviyyəsinə enməyə qoymamış, böyük ideallar uğrunda gərgin mücadilələr vermişlər. Və beləliklə, Türkiyə faktiki olaraq bir neçə on il ümumən türklərin vətəni olmuşdur.Heydər Əliyev, görünür, Türkiyəni bir də ona görə sevmişdir ki, bütün türk dünyasından Türkiyəyə yollar uzandığı kimi, Türkiyədən də bütün türk dünyası görünürdü, Yalnız uğurları ilə deyil,həm də qüsurları, problemləri ilə. Türkiyə təkcə həmin uğurlara sevinmir, problemlərin həllinə, mübahisələrə, dedi-qodulara da səbrlə münsiflik edir”(17,s.223).
Onu da qeyd edək ki, fərəhləndirici və təqdirəlayiq haldır ki, Azərbaycan müstəqilliyini elan etdiyi ilk dövrdən etibarən Türkiyə ilə iki qardaş dövlət olaraq hər sahədə səmərəli əməkdaşlıq etməkdədir. Xüsusilə onların xarici siyasət sahəsindəki fəaliyyətlərinin əlaqələndirilməsi barədə razılıq əldə olunmasını türk dövlətlərinin birliyi baxımından mühüm fakt kimi göstərmək lazımdır. Danışıqlar zamanı hər iki tərəf belə bir yekdil fikrə gəlmişdi ki, Türkiyə xarici siyasət sahəsində Azərbaycana kömək edəcək və Azərbaycan beynəlxalq təşkilatlarla, böyük dövlətlərlə əlaqələrində Türkiyənin dünyadakı nüfuzundan və təsirindən istifadə edə biləcəkdir.
Göründüyü kimi, türk dövlətləri arasında qarşılıqlı anlaşmanı gücləndirmək üçün bu addım az əhəmiyyət kəsb etmirdi və müstəqillik qazanmış digər türk respublikaları da bu təcrübədən istifadə edə bilərdilər.
Heydər Əliyev türkdilli dövlətlər arasında iqtisadi, siyasi, ədəbi-mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində də gərgin fəaliyyət göstərmişdir.Ulu öndəri çox düşündürən problemlərdən biri də türk dövlətlərinin iqtisadi-mədəni birliyi məsələləri, bu mühüm məsələlərin həyata keçirilməsi yollarının nəzəri əsaslarının işlənib hazırlanması olmuşdur. Bu məsələlər isə Heydər Əliyevin yeni dövr türk birliyi strategiyasının yalnız bir qismini təşkil etməkdədir.O,keçən əsrin 90-cı illərinin əvvəlində, xüsusən SSRİ dağıldıqdan sonra yaranmış beş yeni müstəqil türk dövlətinin arasındakı ictimai-siyasi əlaqələrin hətta qırılmaq dərəcəsinə gəlib çatdığını görür və bu məsələ onu narahat edirdi.O görürdü ki,bu dövlətlərin hər biri öz problemlərini təklikdə həll etməyə çalışır, dil bir, din bir, qan bir qardaşlarının köməyinə müraciət etməyə, qardaş yardımından bəhrələnməyə nədənsə az meyl göstərir.
Belə bir şəraitdə türk dövlətlərindən hansısa biri təşəbbüsü ələ almalı, türk xalqlarını əməkdaşlığa, birləşməyə, birgə fəaliyyətə səsləməli idi.Türkiyə böyük dövlət kimi yeni yaranmış türk dövlətləri ilə iqtisadi və mədəni əlaqələri genişləndirmək üçün cəhdlər göstərirdi.Lakin, hətta türk dövlətlərini və xalqlarını öz tarixi köklərinə istiqamətləndirmək kimi xeyirxah məqsəd güdən nisbətən məhdud miqyaslı işlərin özü belə, özünü keçmiş SSRI-nin varisi sayan Rusiyada böyük qısqanclıqla qarşılanırdı.Eyni zamanda, Türkiyənin belə cəhdləri Avropa dövlətlərində və ABŞ-da birmənalı qarşılanmırdı.Digər tərəfdən, yeni müstəqilliyini qazanmış türk respublikalarının başçıları hələ Moskvanın adamı olaraq onlara xidmət edirdilər və bu adamların siyasi birliyə nail olmaq, tarixi soykökə qayıtmaq istiqamətində calışacaqlarına ümid etmək doğru olmazdı.Çünki onlar psixoloji cəhətdən buna hələ hazır deyildilər. Odur ki,bu təşəbbüsü məhz yeni müstəqillik qazanmış türk dövlətlərindən biri üzərinə götürməli idi. Belə bir lider ömrünün çox hissəsini siyasətə həsr etmiş Heydər Əliyev ola bilərdi. Çünki onu bütün türk xalqları görkəmli dövlət xadimi, türk dünyasının böyük oğlu kimi tanıyırdı.
Qeyd etmək lazımdır ki, çoxsaylı türk xalqlarının tarixi, ədəbi və mədəni əlaqələrinin bərpa edilməsində müstəqil türk dövlətləri başçılarının zirvə toplantıları mühüm yer tutur. Türk dövlətləri başçılarının II zirvə toplantısında (İstanbul 18-19 oktyabr 1994-cü il) qəbul edilmiş “İstanbul bəyannaməsi”nin imzalanması mərasimində Ulu Öndər türk xalqlarının yaxınlaşması zəruriliyini qeyd edərək göstərirdi: "Mən bu gün həqiqətən qeyd etmək istəyirəm ki, bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz birdilli xalqlarıq.Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır.Ona görə də bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayır, bir-birimizlə daha sıx əlaqədə saxlayır.İndi isə xalqarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik".
Heydər Əliyevin hazırladığı neft strategiyasının bəhrəsi olan “Əsrin müqaviləsi”nin imzalanmasında da Azərbaycanın maraqlarının qorunması ilə yanaşı türk birliyinin mənafe və mövqeyi qətiyyətlə nəzərə alındı.Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişində daim Türkiyə ilə eyni maraqları bölüşən Azərbaycan layihələrin gerçəkləşməsində də iki dost, qardaş xalqın mövqeyini qətiyyətlə dəstəklədi. Layihələri reallaşdırmaq üçün o qədər maddi imkanlara malik olmadığı bir zamanda, başqa dövlət və maliyyə təşkilatlarının vəsaitləri hesabına inşa olunacaq, neft-qaz kəmərlərinin qardaş Türkiyənin ərazisindən keçməsində israrlı olmaqla türkçülüyün etibarlı qarantı kimi daşıdığı missiyanı məsuliyyətlə doğrultdu. Bu gün eyni məqsəd və məram əqidəsinə sadiqliyi ilə hörmət və ehtiram qazanmış ulu öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyev tərəfindən ləyaqətlə yerinə yetirilir. Yeni dünya düzənində vahid güc, ortaq maraqlar, milli birlik türk dövlətlərinin timsalında özünü büruzə verməkdədir. Dünyadakı qaz ehtiyatlarının 22 faizinə sahib olan türk dövlətləri, eyni zamanda, qlobal enerji dəhlizlərinin sahibinə çevrilməkdədir. Türk dövlətlərinin tarazlaşdırılmış enerji diplomatiyası Avropada belə bir inam yaradır ki, Xəzərin enerji ehtiyatlarının dünya bazarlarına nəqli ən mükəmməl və yeganə geoiqtisadi vasitədir. Çünki Xəzər dənizinin neft-qaz ehtiyatlarının, eləcə də “Şahdəniz” qazının nəqli coğrafi ərazi baxımından türk dövlətləri birliyinin təməlini qoymaqla bölgədə siyasi qüdrətinin artmasına təkan verir. Bircə faktla bu reallığı təsdiqləmək mümkündür. Heydər Əliyev hazırladığı neft strategiyasının istiqamətlərindən olan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin davamı olaraq Türkiyə-Yunanıstan-Adriatik dəhlizinin yaradılması da türk dövlətlərinin vahid iqtisadi məkanının formalaşması üçün əsas təməldir. “Bu gün neft-qaz sahəsində yaranmış əməkdaşlıq bizim dostluğumuzun nümunəsidir, eyni zamanda, regional əməkdaşlığın uğurlu nəticəsidir” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, TANAP kimi önəmli layihənin Azərbaycan və Türkiyənin birgə səyi ilə reallaşması barədə razılığın əldə olunması türk xalqlarını daha da birləşdirir, ölkələrimizə əlavə maliyyə resursları gətirir. Neft-qaz sahəsində Azərbaycan Türkiyə, Türkmənistan və Qazaxıstan ilə birlikdə çox səmərəli fəaliyyət göstərir. İmzalanmış sazişlərə görə Qazaxıstanın neft-qaz ehtiyatlarının şaxələndirmə yolu ilə Azərbaycan ərazisindən dünya bazarlarına çıxarılması hər iki ölkənin maraqlarına uyğundur. “Biz bir-birimizi daim dəstəkləməliyik. Hər bir türkdilli ölkənin problemi digərlərinin probleminə çevrilməlidir” söyləyən, hər bir iqtisadi əməkdaşlığın siyasi proseslərin sürətləndirilməsinə imkan yaratdığını vurğulayan Prezident İlham Əliyev daha böyük mənada əməkdaşlıq, birlik və həmrəylik nümunəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişində də bu etiqada sadiqlik göstərildiyini bəyan edir: “Bu dəmiryolunun tikintisi ölkələrimizə, xalqlarımıza regional əməkdaşlıq üçün lazımdır. O, Türkiyəni Azərbaycanla dəmiryolu vasitəsilə birləşdirəcək. Türkiyəni Orta Asiya ilə, Qazaxıstanla dəmiryolu vasitəsilə birləşdirəcəkdir və bütünlükdə Avropanı Asiya ilə birləşdirəcəkdir. Bu layihə bölgədə ancaq və ancaq sabitliyin, sülhün möhkəmlənməsinə gətirib çıxaracaqdır”.
Ulu öndərimizin fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Bu müdrik siyasət Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətində yeni keyfiyyətlə davam etdirilir. Siyasi, iqtisadi sahədə birlik nümayiş etdirən türk dövlətlərinin mədəni, humanitar sahədə əməkdaşlığı gücləndikcə ortaq maraqları birləşdirmək imkanları da genişlənir. Türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşləri, diaspor təşkilat başçılarının iştirakı ilə keçirilən forumlarda səslənən “dildə, fikirdə, əməldə birlik” şüarlarının əməli fəaliyyətdə özünü doğrultması da Heydər Əliyev kimi türkçü ideoloqların varislik irsinə sədaqətdən irəli gəlir. TürkPA-nın, TÜRKSOY-un yaranması, ortaq əlifbanın, tarixin, televiziya kanalının hazırlanması üçün maraqlı təkliflərin reallaşması istiqamətində işlərin sürətlənməsi bu birliyin əbədiliyi naminə həyata keçirilən tədbirlərdir. TÜRKSOY-un nəzdində Fondun yaradılması, türkdilli xalqların mədəniyyətinin, dilinin, tarixinin araşdırılması və təbliği məqsədilə Beynəlxalq Türk Akademiyasının formalaşdırılması da ümumi maraqları əks etdirən təşəbbüslərdir.Türk Dövlətləri Təşkilatının yaradılması da bu çağırışları əks etdirir. Azərbaycanın, Türkiyənin, Monqolustanın, Qırğızıstanın müştərək ordusunun yaradılması təşəbbüsü də Mustafa Kamal Atatürk-Heydər Əliyev ideyalarından qaynaqlanan türk birlik və həmrəyliyinin ifadəsidir.
Heydər Əliyevin tarixi Türküstan-Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan ilə, həmin türk regionunun dövlət xadimləri, siyasi-ictimai liderləri ilə əlaqələri sovet dövründə sıx olmuş, sovet dövlətinin süqutundan sonra isə yeni milli ideoloji məzmun kəsb etmişdir.
Hələ sovet dövründə Qazaxıstana, onun rəhbərliyində gedən proseslərə, Kremlin ovaxtkı şovinist rəhbərlərinin bu proseslərə müdaxiləsinə Heydər Əliyevin münasibətinin, yeganə düzgün münasibət olduğunu tarix təsdiq elədi; Heydər Əliyevin, adını böyük uzaqgörənliklə qeyd etdiyi Nursultan Nazarbayev respublika rəhbərliyinə gəldi.
1994-cü ilin martında Çinə rəsmi səfərdən Bakıya qayıdan Heydər Əliyev Almatıda dayanır və N.Nazarbayevlə görüşür. Azərbaycan prezidentinin həmin görüşdəki çıxışı olduqca maraqlı, türk ölkələri başçılarının münasibətləri baxımından olduqca yaddaqalandır: "Əvvəlcə qeyd etmək istəyirəm ki, mən özüm Almatıda dayanmağı xüsusi olaraq planlaşdırdım ki, məhz Nursultan Abişeviçlə görüşə bilim. Başqa sözlə, söhbət təkcə texniki ehtiyacdan deyil, həm də mənim N.Abişeviçlə görüşmək,dsanışmaq arzumdan gedir". Azərbaycan Prezidenti əlavə edir: "Biz onunla çoxdan dostuq. İndi üzərimizə böyük məsuliyyət götürdüyümüz bu vaxtda, əsrlərlə dostluq etmiş xalqlarımızın taleyi üçün böyük məsuliyyət daşıdığımız bir vaxtda, şübhəsiz ki, görüşməyimiz, fikir mübadiləsi aparmağımız tələb olunur".
Azərbaycan Prezidentinin İstanbula yola düşərkən Bakıda, hava limanında (1994) jurnalistlərə dediyi aşağıdakı sözlər böyük əhəmiyyət kəsb edir: "Şübhəsiz ki, zirvə toplantısı bizim xalqlarımızın, müstəqil ölkələrimizin bu günü və gələcəyi üçün əhəmiyyətli yoldur. Yəni bizim türk mənşəli, türkdilli xalqlarımızın tarixi, milli-mənəvi ənənələri, onların dövlətlərarası əlaqələrinin inkişaf etdirilməsi, həm də bu əlaqələrdən istifadə edərək tarixi irsimizi, keçmişimizi çanlandırmaq və onun əsasında xalqlarımızı daha da yaxınlaşdırmaq dünyanın indiki mürəkkəb proseslər gedən bir dövründə çox mühümdür.Ona görə də mən bu görüşə böyük əhəmiyyət verirəm". II zirvə toplantısının açılışında Heydər Əliyev bu fikri daha da inkişaf etdirmişdi: "Bizim toplantı xalqlarımızın, ölkələrimizin tarixi kökləri, əsrlər boyu toplanmış adət-ənənələrimizin birliyi, dil birliyi və fəaliyyət birliyi əsasında quruluBakı Bu çox böyük əsasdır. Ona görə də bu əsasda bizim ölkələr arasında bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmaya, genişləndirməyə bizim böyük imkanlarimiz var. Ancaq bir həqiqəti də qeyd etmək istəyirəm ki, ölkələrimiz müstəqillik əldə edəndən sonra iki il bundan öncə, bizim ölkələrimizin rəhbərləri toplaşıb, görüşüb birgə bəyanat qəbul edəndən sonra, ola bilər ki, Azərbaycan tərəfinin buraxdığı səhvlər nəticəsində Azərbaycan respublikasının Qazaxıstanla, Özbəkistanla, Qırğızıstanla,Türkmənistanla əlaqələri çox zəif oluBakı Ona görə də Azərbaycan tərəfindən bu əlaqələrin uzun müddət zəifləməsinə görə, 1992-ci ildə Ankara bəyannaməsindən sonra Azərbaycan tərəfindən bu dövlətlərlə əlaqəni inkişaf etdirmək üçün təşəbbüs göstərilmədiyinə görə mən dostlarımdan, qardaşlarımdan üzr istəyirəm ki, Azərbaycan buəlaqələrin gücləndirilməsinə çalışacaqdır".
“Etiraf edək ki, Heydər Əliyev, Nursultan Nazarbayev, Saparmurat Niyazov, İslam Kərimov, Əsgər Akayev ilə görüşlərində öz ağsaqqallıq missiyasını, türk dünyasının lideri vəzifəsini həmişə məharətlə yerinə yetirmişdir.Heydər Əliyev uzaqgörən, qətiyyətli, lakin eyni zamanda səbrli, hadisəni mahiyyətdən, təsadüfü zərurətdən ustalıqla ayırmağı bacaran dövlət xadimi idi. Bu isə ona Türküstan respublikaları ilə münasibətdə çox geniş səlahiyyətlər verirdi.Digər tərəfdən, Mərkəzi Asiya türklüyünün Türkiyəyə, oradan da Qərbi Avropaya yolunun ən kəsəsi Azərbaycandan keçir” (17,s.225-226) .
1994-cü il oktyabr ayının sonlarında Heydər Əliyev Türkmənistanın müstəqillik qazanmasının III ildönümü şənliklərində iştirak etmək üçün Aşqabada səfər etmişdi. Azərbaycan prezidentinin məqsədi sadəcə şənliklərdə iştirak etmək deyildi. Aşqabadda jurnalistlərə verdiyi müsahibədə daha böyük hədəfi olduğunu etiraf etmişdi: "Türkmənistan bizə qonşu, dilimizə və keçmişimizə görə yaxın bir ölkədir.Ona görə də mən istəyirəm ki,ölkələrimiz arasındakı əlaələri möhkəmləndirək.Vaxtilə böyük səhvlər buraxılıb,Azərbaycanı Orta Asiya,ümumiyyətlə, Mərkəzi Asiya ölkələrindən uzaqlaşdırıblar.Mən istəyirəm ki, bu aradan götürülsün.Güman edirəm ki,belə tədbirlər gələcəkdə keçmş “İpək yolu”nuncanlandırılmasına kömək edəcəkdir".
“Heydər Əliyev türk dövlətlərinin, ümumən türk dünyasının birliyinə heç zaman sadəcə etnik köklərin ümumiliyinə əsaslanan mədəni-etnoqrafik birlik kimi baxmaqla kifayətlənməmiş, bu birliyin siyasi perspektivlərinə xüsusi diqqət yetirmişdir. 2000-ci ildə türkdilli dövlətlərin Bakıda keçirilən VI zirvə görüşündə qəbul olunmuş, bilavasitə Heydər Əliyevin düşüncələrini əks etdirən “Bakı bəyannaməsi” hər bir maddəsi ilə bunu bir daha təsdiq edir.Təbii ki, türk dünyası, tarixi Türküstandan, Mərkəzi Asiyadan çox genişdir. Qeyd etmək lazımdır ki, Türkiyə türklərindən sonra dünyada sayca ən çox olan türk xalqı azərbaycanlılardır; onlar dünya türklüyünün beşdə birindən çoxunu təşkil edir. Və ona görə də dünya azərbaycanlılarının birliyinə, mütəşəkkilliyinə nail olmaq üçün Heydər Əliyevin apardığı ardıcıl mübarizə türk birliyi,mütəşəkkilliyi uğrundakı mübarizənin, heç şübhəsiz, fəal tərkib hissəsi, fundamental çıxış nöqtəsidir. Azərbaycan xalqınının milli liderinin uzaqgörənliklə yaratdığı Xarici ölkələrədə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi böyük öndərin ideyalarının həyata keçirilməsi sahəsində artıq xeyli iş görmüşdür. Yeni yaranan bu komitə, eyni zamanda, milli liderin yaratdığı başqa bir quruma-Azərbaycan Atatürk Mərkəzinə də öz fəaliyyətini genişləndirmək üçün təcrübə qazanmaqda yardım etmişdir”(17,s.228).
Adı türklüyün qızıl kitabına yazılmış görkəmli siyasi xadim Heydər Əliyevin türk dünyasının yüksəlişi barədəki strateji mövqeyini onun aşağıdakı cümlələri çox aydın şəkildə ifadə edir: "Özünün yeni yüksəliş dövrünü yaşayan çağdaş türk dünyası bəşər sivilizasiyasına yeni misilsiz nümunələr vermək iqtidarındadır.Bu gün öz suverenliyini əldə etmiş bir çox türk cumhuriyyətlərinin bu sıraya qoşulması türk dünyasının gələcəyinə işıqlı ümidlər oyadır. İqtisadi, siyasi və mədəni həyatın sıx telləri ilə birləşməyə başlamış türk xalqları yeni dünyanın mühüm amillərindən birinə çevrilməkdədir".
Azərbaycanın ümummilli liderinin türk dünyasının qarşılıqlı əlaqələrinin yüksəlişi strategiyasını Azərbaycan Prezidenti İlham Əliyev respublikaya rəhbərlik etdiyi elə ilk aylardan uğurla davam etdirməkdədir.Hansı sosial-iqtisadi, ideoloji sistemin mövcudluğundan asılı olmayaraq ulu öndər Heydər Əliyevin fəaliyyəti türk xalqları arasında əlaqələrin konkret şəraitdə inkişafına xidmət etdiyindən böyük tarixi əhəmiyyət daşımışdır.
Ümummilli lider Heydər Əliyevin türk düyasının yüksəlişi barədəki strateji mövqeyini onun aşağıdakı sözləri çox aydın və açıq şəkildə göstərir:“Özününün yeni yüksəliş dövrünü yaşayan çağdaş türk dünyası bəşər sivilizasiyasına yeni, misilsiz nümunələr vermək iqtidarındadır.Bu gün öz suverenliyini əldə etmiş bir çox türk cümhuriyyətlərinin bu sıraya qoşulması türk dünyasının gələcəyinə işıqlı ümidlər oyadır”(39,s.43).
Azərbaycanın ümummilli liderinin türk ünyasınının qarşılıqlı əlaqələrinin yüksəlişi strategiyası bu gün də uğurla davam etdirilməkdədir.Bu gün eyni məqsəd və məram, əqidəsinə sadiqliyi ilə hörmət və ehtiram qazanmış ulu öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyev tərəfindən ləyaqətlə yerinə yetirilir. Təsadüfi deyildir ki, günbəgün türk xalqlarının ədəbiyyat adamları, yazıçıları bir-birinə yaxınlaşır, kömək edir, xalqlarımızın ədəbiyyatını, mədəniyyətini, keçmişini, bu gününü daha geniş təhlil edib yeni-yeni dəyərli əsərlər yaradırlar. 44 günlük Vətən müharibəsinin nəticələri,Türk Dövlətləri Təşkilatının fəaliyyətləri,ümumiyyətlə, türk xalqlarının mədəni-iqtisadi və hərbi-siyasi əməkdaşlığının günkeçdikcə daha da genişlənməsi ulu öndərin türk dünyasının gələcəyi haqqındakı arzularının həyata keçdiyini göstərir.
ƏBÜLFƏZ QULİYEV
AMEA-nın müxbir üzvü