NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə nazirliyin nəzdində fəaliyyət göstərən Tibbi-Sosial Ekspert Komissiyasının həkimləri mütəmadi olaraq Şahbuz şəhərindəki Ahıllar evinə gələrək sakinləri müayinədən keçirir, müalicələrinə köməklik göstərirlər. Bu tədbirlərin davamı olaraq Komissiyasının həkimləri növbəti dəfə Ahıllar evində olublar. Həkimlər sakinləri tibbi yoxlamadan keçirib, onlara tibbi məsləhətlər, zəruri tövsiyyələr veriblər. Ahıllar göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Novruz Məmmədov