Komitə sədri: Bir neçə ünvanda qəzalı binalar müəyyən olunub

A- A A+

Bakı və bir çox ünvanda qəzalı binalar var. Əhalinin müraciətləri əsasında bu binaların müayinəsi aparılıb.

NUHÇIXAN xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyi ilə bir neçə yüz ünvanda qəzalı binalar müəyyənləşdirilib.

“Hazırda 200-dən çox bina, 7 mindən çox mənzil təhlil olunub. Son dövrdə təxminən onların yarısı inventarizasiya olunub. Hazırda özəl qiymətləndiricilər dəvət olunub. Tezliklə bu işlər ardıcıl həll olunacaq. Artıq 600-dən çox mənzilin problemi həll olunub”, - deyə komitə sədri qeyd edib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: