Naxçıvanın dağ kəndlərində qarın hündürlüyü 15 santimetrə çatıb - FOTOLAR

A- A A+

Naxçıvanın dağ kəndlərində qarın hündürlüyü 15 santimetrə çatıb.

Bu barədə NUHÇIXAN-a muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Məlumata görə, dekabrın 13-də Ordubad rayonunun Parağaçay, Nürgüt, Dırnıs Şahbuz rayonunun Kükü, Biçənək istiqamətlərinə və digər yüksək dağlıq ərazilərə qar yağıb.

Qarın hündürlüyü Parağaçayda 15, Nürgütdə 13, Biçənəkdə 8, Küküdə isə 6 sm olub.

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları vasitəsilə yollarda fasiləsiz olaraq qardan təmizləmə işi aparılıb.

Hazırda qardan təmizlənməsi zəruri olan yollarda rahat və təhlükəsiz hərəkət üçün xüsusi texnikalarla işlər davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: