Naxçıvan Muxtar Respublikasında (MR) cari ilin 11 ayı ərzində Prezidentin aylıq təqaüdü və sosial müavinətlə təmin edilən şəxslərin sayı açıqlanıb.
NUHÇIXAN xəbər verir ki, bu ilin yanvar-noyabr aylarında Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 16 min 726 nəfər Prezidentin aylıq təqaüdü, 17 min 561 nəfər sosial müavinət ilə təmin edilib.
Həmin dövrdə əhaliyə Prezident təqaüdləri üzrə 25 milyon 909 min 477 manat, sosial müavinətlər üzrə 37 min 958 min 5 manat ödənilib.