NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli dekabrın 19-u Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-da Naxçıvan şəhər İcra hakimiyyətinin inzibati binasında keçiriləcək.
Qəbula yazılmaq istəyənlər əvvəlcədən qeydiyyat üçün Naxçıvan şəhər İcra hakimiyyətinə müraciət edə bilərlər.