Şərurda avtomobil yanıb - FOTOLAR

A- A A+

NUHÇIXAN Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə gecə saatlarında Şərur rayon Məmmədsabir kəndində "Vaz-2107" markalı minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Hadisə yerinə dərhal Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: