Fermerlərə keyfiyyətli toxumluq kartof təklif olunur - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Meyvə-Tərəvəz Məhsulları Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 100 ton keyfiyyətli toxumluq kartof gətirilərək satışına başlanılıb. Tələbata uyğun olaraq 50 ton kartofun gətirilməsi də nəzərdə tutulub. Toxumluq kartofun 1 kiloqramının qiyməti 65 qəpik məbləğindədir.

Naxçıvan şəhərinin və rayonların bazarlarında da toxumluq kartofun satışı həyata keçirilir. Torpaq mülkiyyətçiləri toxumluq kartof almaq üçün Cəmiyyətə də müraciət edə bilərlər.

2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları” ili elan olunub. Torpaq mülkiyyətçilərinin toxumluq kartofla təmin olunması bu sahə üzrə ixtisaslaşmış ailə təsərrüfatlarının inkişafına da müsbət təsir göstərəcək.

Qeyd edək ki, ötən il muxtar respublikada 3215 hektar sahədə kartof əkini aparılıb, məhsuldarlıq 154 sentnerdən artıq olub.

Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: