“Muxtar respublikanın dövlət orqanlarının internet resurslarının təhlükəsizliyinin təmin olunması” mövzusunda seminar keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, fevralın 8-də “Muxtar respublikanın dövlət orqanlarının internet resurslarının təhlükəsizliyinin təmin olunması” mövzusunda seminar keçirilib.

Muxtar respublikanın dövlət orqanlarının informasiya təhlükəsizliyinə cavabdeh şəxslərin və mətbuat xidmətlərinin əməkdaşlarının iştiak etdiyi seminarı Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar naziri Rövşən Məmmədov açaraq bildirib ki, bu gün dünyanı informasiyasız təsəvvür etmək mümkün deyil. İnformasiyanın cəmiyyət həyatındakı rolu nə qədər böyük olsa da, informasiya təhlükəsizliyinin qorunması da bir o qədər vacibdir. Ötən dövrdə Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mütəxəssisləri tərəfindən muxtar respublikanın dövlət orqanlarının saytları yaradılıb, bu qurumlar arasında elektron sənəd dövriyyəsi sistemi istifadəyə verilib.Rövşən Məmmədov vurğulayıb ki, cəmiyyətin informasiyaya olan tələbinin artması informasiya təhlükəsizliyinin qorunmasını daha da aktuallaşdırıb. Çünki informasiya təhlükəsizliyinin təmin edilməsi sistemli və kompleks yanaşma tələb edir. İnternet resurslarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı keçirilən bu seminarda da əsas məqsəd birgə mübarizə tədbirləri haqqında iştirakçıları maarifləndirməkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli çıxış edərək deyib ki, informasiya təhlükəsizliyinin təmin edilməsi prinsiplərinə muxtar respublikamızda ardıcıl şəkildə əməl olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin hərtərəfli qayğısı ilə dövlət orqanları və kütləvi informasiya vasitələri üçün geniş imkanlar yaradılmışdır. Müasir inzibati binaların istifadəyə verilməsi, əməkdaşlar üçün hərtərəfli iş şəraitinin yaradılması, elektron hökumətin tətbiqi, sürətli internetə çıxış və yeni texnologiyalardan istifadə bu sahədə fəaliyyətin səmərəli təşkilinə xidmət edir. Yaşadığımız dövrün qarşıya qoyduğu tələblərdən biri də  informasiyanın təhlükəsiz və operativ formada ictimaiyyətə çatdırılmasıdır. Bu işdə internetin imkanlarından geniş istifadə olunması isə dövrün tələbidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 18 may tarixli Sərəncamına əsasən muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarında mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vəzifələrin təsis olunması dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında informasiya siyasətinin həyata keçirilməsində yeni mərhələnin əsasını qoymuşdur. Ötən il dövlət orqanlarının internet saytlarında mətbuat xidməti bölməsi yaradılmış, informasiya-məlumatlandırma işinin keyfiyyəti yüksəldilmişdir. Lakin bəzi hallarda internet saytlarından istifadə zamanı qeyri-peşəkar yanaşma halları müşahidə olunur. İnformasiya təhlükəsizliyinə cavabdeh şəxslərinmütəxəssislərlə razılaşdırmadan internet saytlarında düzəliş və əlavələr etməsi internet informasiya ehtiyatlarının təhlükəsizliyi üçün təhdidlər yaradır. Keçirilən seminar da bu sahədə fəaliyyətin düzgün təşkilinə xidmət edir.

Sonra internet resurlarının təhlükəsizliyinin təmin olunması ilə bağlı təqdimatlar olub.

Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin şöbə müdiri Şahin İsmayılov,      Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı Bayram Ələkbərov, Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşı Cavid Mustafayevslaydlar vasitəsilə informasiya təhlükəsizliyinin qorunmasında sahəsində qarşıda duran vəzifələr barədə seminar iştirakçılarına ətraflı məlumat vermişlər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, onlara maarifləndirici bukletlər paylanılıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: