XXI əsrdə havanın dəyişməsi daha da kəskin və gözlənilməz olacaq. NUHÇIXAN “Xaytek+” saytına istinadla xəbər verir ki, beynəlxalq alimlər qrupu ilk dəfə olaraq təfsilatı ilə Qrenlandiya və Antarktida buzlaqlarının əriməsinin okean temperaturuna və hava axınının dövr etməsinə təsirinin modelini hazırlayıblar.
“Kanada, Böyük Britaniya, Almaniya, ABŞ və Yeni Zelandiya universitetlərinin mütəxəssisləri belə bir qənaətə gəliblər ki, hazırkı qlobal hökumət kursunun qorunub saxlanacağı təqdirdə bizi sənayeyə qədər olan dövrlə müqayisədə orta temperaturun 3-4 dərəcə artması gözləyir. Bu, okeanda qar sularının həcminin əhəmiyyətli dərəcədə artmasına, hava cərəyanın və planetin temperatur rejiminin pozulmasına gətirib çıxaracaq”, - deyə tədqiqat layihəsinin rəhbəri, professor Nik Qollec təsdiq edir.
“Alimlər iddia edirlər ki, onların regionlar üzrə bölünmüş proqnozları hazırda ən dəqiq olanıdır. Bundan ötrü alimlər buzların əriməsinin kompleks iqlim təsirlərinin yüksək detallaşdırılmış modellərini buzlaqlarda bu yaxınlarda baş verən proseslərin peyk müşahidələri ilə kombinə ediblər”, - deyə “EurekAlert” bildirir.
Alimlər 2065-2075-ci illərdə dünya okeanı səviyyəsinin ən sürətlə artmasını proqnozlaşdırırlar ki, bu da havanın temperaturunun dəyişməsinə gətirib çıxaracaq.
Qolfstrim cərəyanı zəifləyəcək, Arktika, Şərqi Kanada və Mərkəzi Amerikada temperatur yüksələcək, Avropanın şimalında və Atlantikanın o biri üzündə isə əksinə, daha soyuq olacaq.
“Suyun səviyyəsi sadəcə vannada olduğu kimi qalxmayacaq. Bəzi sahələrdə, məsələn, Sakit okeanda dəniz səviyyəsi qalxacağı təqdirdə, buz sipərinə yaxın regionlarda azalacaq”, - deyə Kanadanın Makgill Universitetinin professoru Natalya Qomes bildirib.
Əgər yüzilliyin sonunadək həlledici tədbirlər görülməzsə, Himalay buzlaqları özünün üçdəbirədək qatından mərhum olacaq və bu, regionda məskunlaşan 1,6 milyard insan üçün acınacaqlı nəticələrə gətirib çıxaracaq. Bunlar bir daha göstərir ki, iqlim dəyişmələri inkişaf etməkdə olan ölkələrə daha güclü təsir edəcək.