Çörək istehsalı və istehlakı normal qaydada davam edir

A- A A+

“APF” Şirkətlər Qrupundan NUHÇIXAN-a verilən məlumata görə, “APF Qida” MMC-ə aid çörək istehsalı zavodunda fəaliyyət gündəlik normalara uyğun olaraq davam etdirilməkdədir. Naxçıvanda qida məhsullarına olan tələbatın qarşılanması baxımından şirkətimizin üzərinə düşən hasilat payı qarşılanmaqdadır. Şirkətə məxsus çörək zavodunun istehsal gücü nəzərə alınmaqla hər gün kifayət qədər çörək muxtar respublika ərazisindəki iaşə və satış obyektlərinə paylanılılır. 

Qeyd olunub ki, şirkət tərəfindən işçilərlə münasibətlər əmək qanunvericiliyinə uyğun olaraq tənzimlənir və onlar 8 saatlıq iş rejimində çalışırlar. Əməkhaqqları stabil qaydada ödənilir. Çörək zavodunda fəaliyyət göstərən işçilərə noyabr ayının əməkhaqqısı 3 dekabr tarixində tam olaraq ödənilib.  

Həmçinin bildirilib ki, yüksək tələbatın qarşılanmasındakı öhdəliklər nəzərə alınmaqla uzun müddətdir ki, işçilərin fəaliyyəti növbəlilik prinsipi əsasında tənzimlənir. Bu iş mexanizmi işçi hüququnun tam şəkildə gözlənilməsi əsasında həyata keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: