NUHÇIXAN xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfa rayonunun Gal, Şurud və Dizə kənd seçiciləri ilə növbəti görüşünü keçirib.
Deputat görüşlərdə seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparıb, seçiciləri maraqlandıran sualları cavablandırıb.
Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.
Millət vəkili, həmçinin Şurud kəndinin ən yaşlı sakini, 93 yaşlı Orucov Əli Ramazan oğlunu evində ziyarət edib.
Paylaş