Səlahiyyətli nümayəndə vətəndaşları qəbul edib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, dekabrın 23-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Culfa rayonunda sakinlərlə görüşüb.

Görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Culfa şəhərində ucalan abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Sonra İcra Hakimiyyətinin inzibati binasında vətəndaş qəbulu keçirilib. 150 nəfərdən çox sakinin iştirak etdiyi görüşdə səlahiyyətli nümayəndə sakinlərlə, eləcə də şəhid ailələri və qazilərlə fərdi söhbət aparıb, onların problem və təkliflərini dinləyib. 

Müraciətlərin hər birinin həlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görüləcəyi qeyd olunub.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: