Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında qədim Azərbaycan diyarı olan Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi ilə əlaqədar “Naxçıvan Muxtar Respublikası – 95” adlı kitab sərgisi açılıb.
Kitabxanadan NUHÇIXAN-a bildirilib ki, sərgidə Naxçıvanın zəngin mədəni irsi, tarixi, incəsənəti, görkəmli şəxsiyyətləri haqqında 200-dən çox Azərbaycan və digər dillərdə nəşr olunmuş kitablar və dövri mətbuat materialları nümayiş olunub.