NUHÇIXAN Naxçıvan Dövlət Radiosunun əməkdaşı Təranə Əliyevanın Naxçıvana həsr etdiyi şeiri təqdim edir:
Yurdumda parlayan dan ulduzumsan,
Möminə analı Heyran qızımsan,
Nabat nəğməlisən, sözüm, sazımsan.
Sən əfsanəm, nağılım, bayatımsan,
Nağıllar dünyası Naxçıvanımsan!
Haçadağ, Əlincə, Çalxan bir yana,
Duzdağınla sən şöhrətsən cahana,
Əshabı-Kəhf düşüb dilə-dastana,
Sən möcüzəm, sehirim, sorağımsan,
Nağıllar dünyası Naxçıvanımsan!
Bəhruz Kəngərlitək rəssamların var,
Cəlılın, Cavidin, Arazların var,
Ulu Heydər kimi dühaların var,
Sən igidim, qəhrəmanım, xanımsan,
Nağıllar dünyası Naxçıvanımsan!
Bu sürətlə heç bir diyar dəyişməz,
Hünərlənib, sənlə kimsə deyişməz,
Badamlıni, Sirabını kim içməz?
Sən ürəyim, sən nəfəsim, canımsan,
Nağıllar dünyası Naxçıvanımsan!
Muxtar Respublika adın almısan,
Sədərəkdə Qeyrət qalam olmusan,
Min illərin sınağına yolumsan.
Sən dünənim, bu günüm, sabahımsan,
Nağıllar dünyası Naxçıvanımsan!
Varaqlanan müqəddəs bir kitabsan,
Sən nidasan, nöqtələrsən, xitabsan,
Şərqin solmaz gülü, Nəqşı-Cahansan,
Səsimsən, ünümsən, sən harayımsan,
Nağıllar dünyası Naxçıvanımsan!
Dolaşsam dünyanı səndən doymaram,
Bir an səni gözlərimdən qoymaram,
Bir günümü Naxçıvansız saymaram,
Görən gözüm, şah damarım, qanımsan,
Nağıllar dünyası Naxçıvanımsan!