AZAL-ın prezidenti: Ekipaj üzvlərinin peşəkarlığı nəticəsində 29 sərnişin sağ qalıb

A- A A+

Ekipaj üzvlərinin peşəkarlığı nəticəsində 29 sərnişin sağ qalıb.

NUHÇIXAN xəbər verir ki, bunu AZAL-ın prezidenti Samir Rzayev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, bu, bizim üçün çox böyük hadisə idi:

“Məsələ araşdırılır və səbəbləri barədə ictimaiyyətə məlumat veriləcək. Allah həlak olanlara rəhmət, sağ qalanlara şəfa versin”.

S.Rzayev sağ qalanların ölkəyə gətirmə prosesinə də aydınlıq gətirib:

“Sağ qalan şəxslərin ölkəyə gətirilməsi günün ikinci yarsında həyata keçiriləcək. Həyatını itirən şəxslərin cənazəsi isə iki gün ərzində ölkəyə gətiriləcək. Təyyarənin qəza səbəbi barədə nəsə demək tezdir. Hazırda detallı araşdırılma aparılır. Qara qutu tapılıb və oxunması qanunvericiliyə uyğun həyata keçiriləcək”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: