Naxçıvanda “TikTok”da müxtəlif adlar altında yarışlar təşkil edən şəxslər saxlanılıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvanda “TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında yarışlar təşkil edən şəxslərə qarşı da polis əməkdaşları tərəfindən tədbirlər görülür. 

TikTokerlərin iştirakı ilə təşkil olunan və qaliblərə 10000 manat pul mükafatı vəd olunan yarışmalarda baş verənlərin canlı yayımlanması vətəndaşların narazılığına səbəb olub. Bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “adel085”səhifəsinin admini və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar. 

Məlumatı Naxçıvan MR DİN-in Mətbuat Xidmətindən NUHÇIXAN-a təsdiqləyiblər. Bildirilib ki, oyunları təşkil edən şəxs barəsində 20 sutka inzibati həbs qərarı verilib. Digərləri barədə araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: