Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev şəhid ailəsini qəbul edib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev şəhid ailəsini qəbul edib.

NUHÇIXAN xəbər verir ki, dekabrın 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Vətən müharibəsi şəhidi Məmmədzadə Pərviz Zahid oğlunun anası Cəfərova Pərvanə Vilayət qızını qəbul edib. Şəhid anasının müraciətləri dinlənilib, problemləri ilə maraqlanılıb.

Şura sədrinin tapşırığı ilə Şəhid anasına müvafiq məbləğdə maddi yardım göstərilib. Qəbulda olan şəhid anası Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən onlara göstərilən diqqətə görə minnətdarlığını bildirib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: