Faciə xəbərini sosial şəbəkələrdə gördük - Hökümə Əliyevanın həyat yoldaşı - VİDEO
Faciə xəbərini sosial şəbəkələrdə gördük.
NUHÇIXAN xəbər verir ki, bunu II Fəxri xiyabanda ekipaj üzvlərinin dəfnindən sonra Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan təyyarə bələdçisi Hökümə Əliyevanın həyat yoldaşı jurnalistlərə müsahibəsində deyib.
"Höküməni hər gün işə özüm aparıb gətirirdim. Hadisə baş verdiyi gün səhər 6-da onu işə apardım. Saat 12-də Bakıya geri qayıdacaqdı.
Təəssüflər olsun ki, faciə xəbərini sosial şəbəkələrdə gördük. Ondan sonra olanlara da bütün dünya şahiddir. Allah bütün şəhidlərimizə, bu qəzada həlak olanlara rəhmət eləsin", - deyə o əlavə edib.
Xatırladaq ki, Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri II Fəxri xiyabanda dəfn ediliblər.
Qəzada həlak olan pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökumə Əliyevanın dəfn mərasimində dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.