Ağbulaqda bayram şənliyi keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təşəbbüsü ilə Ağbulaq İstirahət Mərkəzində Məhəmməd Füzuli adına Ordubad şəhər tam orta internat məktəbində təhsil alan xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yeni il şənliyi təşkil olunub.

Tədbirdə Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov iştirak edib.

Bayram süfrəsi ətrafında şagirdlərlə səmimi söhbət edilib, onların sevinc dolu anlar yaşaması üçün “Şaxta baba” tərəfindən müxtəlif əyləncəli proqramlar nümayiş olunub.

Sonda 60 şagirdə bayram hədiyyələri təqdim edilib, şən anlar birlikdə çəkilən xatirə şəkilləri ilə əbədiləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: