Naxçıvanda ilin ilk körpələri əkiz olub

A- A A+

Naxçıvan Muxtar Respublikasında ilin ilk körpələri əkiz olub.

NUHÇIXAN-ın məlumatına görə, əkizlər Naxçıvan Perinatal Mərkəzdə doğulub.

Belə ki, dekabrın 31-dən yanvar ayının 1-nə keçən gecə saat 01:10-da Ordubad rayon sakini, 2000-ci il təvəllüdlü Seyidova Aytac Tahir qızı əkiz oğlan uşaqları dünyaya gətirib.

38 həftədə doğuşa alınan ananın övladlarından biri 2 kq 600 qr, digəri 2 kq 300 qr çəkidə olub.

Ana və əkizlərin vəziyyəti hazırda stabildir. Ailənin ilk övladları olan əkizlərə Elvin və Emin adları verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: