Xarici tələbələr arasında “Mən Naxçıvan haqqında nə bilirəm?” mövzusunda keçirilən bilik yarışmasının qalibləri mükafatlandırılıb
Muxtar respublikada təhsil alan xarici tələbələr arasında Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə “Mən Naxçıvan haqqında nə bilirəm?” mövzusunda bilik yarışması keçirilib. Bilik yarışması muxtar respublikanın 95 illik yubileyinə həsr olunub.
NUHÇIXAN xəbər verir ki, yarış 30 xarici tələbənin iştirakı ilə keçirilib. Suallar Naxçıvanın tarixini, coğrafiyasını, görkəmli şəxsiyyətlərini, tarixi-mədəniyyət abidələrini əhatə edib. Yarışın keçirilməsində məqsəd xarici ölkələrdən olan gənclərin muxtar respublika haqqında biliklərinin artırılması, muxtar respublikanın tarix və mədəniyyətinin ölkədən kənarda təbliği və tələbələrin asudə vaxtının səmərəli təşkilidir.
Oyunun yekununa əsasən, I yerə “Naxçıvan” Universitetinin tələbəsi Khaıruzzaman MD, II və III yerlərə Naxçıvan Dövlət Universitetinin tələbələri Atanda İderaduva, Reza Chachanlau layiq görülüblər.
Sonda qalib gənclər Gənclər Fondu tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar. Fərqlənən 3 gəncə isə həvəsləndirici diplomlar və hədiyyələr təqdim edilib.