Afrikada saxlanılan gəmilər Xəzər Dəniz Gəmiçiliyinə aid deyil

A- A A+

Afrika qitəsində saxlanılan gəmilər ASCO-ya aid deyil.

NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) mətbuat katibi Mehman Mehdiyev bildirib.

O deyib ki, belə hallarda dənizçilər və onların ailələrindən çoxsaylı narahatlıq mesajları alırlar: “Yanlış məlumatlar kimi, yanlış görüntülər də onlar arasında çaşqınlıq yaradır”.

Qeyd edək ki, Azərbaycana məxsus 3 gəminin heyəti ilə birlikdə Afrikada yerləşən Eritreya dövlətinə aid sularda həbs edildiyinə dair məlumat yayılıb. Gəmilərin Bakıdan yola çıxdığı, havanın küləkli olması səbəbindən Afrika - Eritreya istiqamətinə yönəldiyi, guya Eritreya sularına daxil olduğu üçün saxlanıldığı bildirilir.

Qeyd edək ki, Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində girov götürülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: