Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev qazi və şəhid ailəsini qəbul edib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, yanvarın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev şəhid ailəsi və qazi qəbul edib. Qəbul zamanı şəhid Məmmədov Kəmaləddinin atası Məmmədov İsrail Heydər oğlu, şəhid Rzayev Əlinin oğlu Rzayev Pərvin Əli oğlu və Qazi Kərimov Polad Yaşar oğlunun müraciətləri dinlənilib.

Şəhid ailəsi və qazinin qayğılarına həssaslıqla yanaşılıb, müraciət olunan məsələlərin həlli istiqamətində tapşırıqlar verilib.

Qeyd edək ki, səsləndirilən müraciətlər maddi yardım, müayinə-müalicə və sanotoriya yollayışları ilə bağlı olub. Onların hər biri göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: