Bəhruz Əsgərov: Ötən il ərzində Naxçıvanda 63,35 km avtomobil yolu əsaslı şəkildə təmir olunub

A- A A+

Ötən il ərzində Naxçıvanda 63,35 km avtomobil yolu əsaslı şəkildə təmir olunub.

Bunu NUHÇIXAN-a müsahibəsində “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Bəhruz Əsgərov deyib.

O bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən ötən ildə “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinin, Culfa şəhərdaxili, Darıdağ Arsenli Su Müalicə Mərkəzinin və Naxçıvan şəhəri, 6-cı küçənin avtomobil yolları əsaslı təmir edilib.

Hazırda dövlət proqramı çərçivəsində Naxçıvan şəhəri Əliabad qəsəbəsinin daxili, Şərur rayonunun Təzəkənd avtomobil yollarında işlər davam etdirilir.

İdarə Heyətinin sədri onu da qeyd edib ki, agentlik bu il Naxçıvan şəhərinin bir neçə küçəsində və muxtar respublikanın digər rayonlarında avtomobil yollarının təmir işlərini həyata keçirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: