Naxçıvanda antisanitar şəraitdə fəaliyyət göstərən bir neçə kafenin fəaliyyəti məhdudlaşdırılıb - FOTOLAR

A- A A+

Naxçıvan şəhəri, Dairəvi yolun 1-ci kilometrliyində fəaliyyət göstərən kafelərdə Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilən dövlət nəzarəti tədbirləri zamanı normativ tələblərin pozulduğu məlum olub.

Agentlikdən NUHÇIXAN-a verilən məlumata görə, qida obyektlərində sanitar-gigiyenik tələblərə əməl olunmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi, döşəmə, tavan və divarların təmirsiz olduğu, müvafiq təmizlik işlərinin aparılmadığı, qida məhsulları ilə təmasda olan səthlərin hamar, yuyula bilən və korroziyaya davamlı materialla üzlənmədiyi, tullantılar üçün ağzı kip, qoxu yaymayan qabların təmin olunmadığı aşkarlanıb.

Faktla bağlı təxirəsalınmaz tədbirlər görülüb, kafelərin fəaliyyəti dayandırılaraq icrası məcburi göstərişlər verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: