Naxçıvan şəhərinin əksər ərazilərinə suyun verilişi dayandırılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərinin Cəlil Məmmədquluzadə küçəsindən keçən diametri 355 millimetr olan əsas magistral xətdə qəza baş verib.

Qəzaya səbəb kimi boru xəttinin uzun müddət istismar edilməsi ehtimal olunur.

Borunun partlaması nəticəsində şəhərin əksər ərazisinə suyun verilişi müvəqqəti olaraq dayandırılıb.

Hazırda Naxçıvan Sukanalizasiya İdarəsinin əməkdaşları hadisə yerində təmir işləri aparırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: