“Dövlət sifarişi ilə istehsal edilən kinofilmlərin yaradıcılarına ödənilən müəllif qonorarlarının və sair ödənilən haqların miqdarı və verilməsi Qaydaları” təsdiqlənib.
NUHÇIXAN xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Bu Qaydalar “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinin ikinci hissəsinə uyğun olaraq hazırlanıb və dövlət sifarişi ilə istehsal edilən filmlərin müəlliflərinə ödənilən müəllif qonorarlarının və haqlarının minimum miqdarı və verilməsi qaydalarını müəyyən edir.
Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
dövlət sifarişi - milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və təbliğində, milli kimliyin və vətənpərvərlik ruhunun formalaşmasında əhəmiyyətli rol oynayan, milli kimliyi bədii təsirli forma və obrazlarla nümayiş etdirən, istehsalı dövlət büdcəsindən maliyyələşdirilən filmin yaradılması ilə bağlı münasibətlər;
filmin istehsal prosesi - hazırlıq, çəkiliş və filmin işlənilməsi (montaj, tonlaşdırma, səsləndirmə, dublyaj və s.) mərhələlərini özündə ehtiva edən filmin istehsal dövrü;
müəllif qonorarı - filmin hər bir müəllifinin və ya filmə müəlliflik hüququnun digər şərikli sahiblərinin müəllif müqaviləsinə və ya digər müqaviləyə əsasən filmdən istifadə hüquqlarının verilməsinə görə aldıqları və istifadənin bütün növlərini əhatə edən haqq.
Bu Qaydalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.
Müəllif qonorarlarının məbləği bu Qaydaların 2-ci hissəsində nəzərdə tutulmuş minimum məbləğdən az olmamaqla, filmin istehsalı üçün dövlət büdcəsindən ayrılan vəsait, filmin istehsalçısı (prodüseri) ilə filmin müəllifləri arasında bağlanılan müqavilələrdə tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.
Filmlərin ədəbi ssenariləri üçün müəlliflik hüquqlarına görə ödənilən müəllif qonorarının minimum məbləği filmin növündən və ssenarinin orijinallığından asılı olaraq aşağıdakı kimi müəyyən edilir:
Filmlərin orijinal musiqisinə görə filmlərə musiqi bəstələyən bəstəkarlara ödənilən müəllif qonorarının minimum məbləği filmin növündən və həcmindən asılı olaraq aşağıdakı kimi müəyyən edilir:
Filmlərin orijinal musiqisinə görə filmlərə musiqi bəstələyən bəstəkarlara ödənilən müəllif qonorarının minimum məbləği filmin növündən və həcmindən asılı olaraq aşağıdakı kimi müəyyən edilir:
Bu Qaydalara uyğun olaraq ödənilən müəllif qonorarları dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsait çərçivəsində filmin istehsalçısı (prodüseri) tərəfindən filmin çəkilişi üçün müvafiq qaydada təsdiq edilmiş smeta xərcləri üzrə ödənilir.
Müəllif qonorarının ödənilməsi şərtləri filmin istehsal prosesinin mərhələlərindən və yerinə yetirilən işin həcmindən asılı olaraq filmin istehsalçısı (prodüseri) ilə filmin müəllifləri arasında bağlanılan müqavilədə tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.
Müəllif qonorarının məbləği müəyyən edilərkən əsərin bədii-ideya səviyyəsi, mövzunun aktuallığı, filmin istehsalı prosesinin mürəkkəbliyi, ssenarinin orijinallığı, filmin müəlliflərinin peşəkarlıq səviyyəsi və xüsusi nailiyyətləri (qanunvericilikdə nəzərdə tutulmuş müvafiq fəxri adlara və ya digər mükafatlara malik olması) və bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitin məbləği nəzərə alınır.
Bəstəkarın yaratdığı musiqi əsəri filmin rejissor həllinə uyğun gəlmədikdə və başqa bir bəstəkara musiqi sifariş verilməli olduqda, musiqi əsərini hazırlamış bəstəkara müəllif qonorarının ümumi məbləğinin 50 (əlli) faizinə qədəri ödənilir.
Filmin müəllifi qismində bir neçə şəxs çıxış etdikdə, hər bir müəllifə ödəniləcək müəllif qonorarının ümumi məbləği yerinə yetirdikləri işə mütənasib olaraq həmin şəxslər arasında bölüşdürülür.
Filmin istehsalı prosesində məsləhətçilər tələb olunduqda, filmin istehsalçısı (prodüseri) tərəfindən müvafiq sahə üzrə məsləhətçilər dəvət edilə bilər. Məsləhətçi ilə filmin istehsalçısı (prodüseri) arasında yerinə yetiriləcək xidmətlərə dair mülki-hüquqi müqavilə bağlanılır.
Filmin istehsalına yetkinlik yaşına çatmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslər cəlb edildikdə, görüləcək işlər və ödənişlə bağlı müvafiq mülkihüquqi müqavilə filmin istehsalçısı (prodüseri) ilə həmin şəxslərin qanuni nümayəndəsi (qəyyumu və ya himayəçisi) arasında bağlanılır.
Dövlət sifarişi ilə istehsal edilən filmlərin yaradılma proseslərinə cəlb olunmuş digər yaradıcı heyətinin üzvlərinə ödənilən haqlar filmin istehsalına ayrılan maliyyə vəsaiti çərçivəsində prodüserlə həmin yaradıcı heyətin üzvləri arasında bağlanılmış müqavilə ilə müəyyənləşdirilir.
Dövlət sifarişi ilə film istehsalı üçün filmin müəlliflərinə ödənilən müəllif qonorarlarının məbləğinin bu Qaydalarla müəyyən edilmiş həddən aşağı səviyyədə müəyyənləşdirilməsinə yol verilmir.
Dövlət sifarişi ilə istehsal edilən film istehsalçı (prodüser) tərəfindən bir nüsxədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müəyyən etdiyi qaydada Azərbaycan Dövlət Film Fonduna müvafiq daşıyıcıda təhvil verilməlidir.