Naxçıvanda un məmulatları istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Naxçıvan şəhəri Ə.Əliyev küçəsi 9 E blokunda fəaliyyət göstərən “Azcake” MMC-nin un məmulatları istehsalı sexində ciddi nöqsanlar aşkarlanıb. 

Agentlikdən NUHÇIXAN-a verilən məlumata görə, baxış zamanı müəssisənin qida təhlükəsizliyi sahəsində mövcud texniki normativ hüquqi aktların tələblərinə əməl etmədiyi müəyyən edilib. Belə ki, gigiyena qaydalarına əməl olunmadığı, çirklənməyə qarşı müdafiə tətbirlərinin tətbiq edilmədiyi, zərərvericilərlə mübarizə üçün şərait yaradılmadığı aşkarlanıb.

Eyni zamanda istifadə olunan xurma və şokolad məhsullarının yaralılıq müddətinin bitdiyi, alət və avadanlıqların vaxtında təmizlənmədiyi, həmçinin obyektdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin də vaxtında aparılmadığı məlum olub. 

Aşkarlanan nöqsanlarla bağlı müvafiq tapşırıqlar verilib, nöqsanların aradan qaldırılması üçün müəssisənin fəaliyyəti dayandırılıb. Əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində ardıcıl tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: