Tələbələr Ağbulaqda “Qış məktəbi”nə qatılıblar - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Ağbulaq” İstirahət Mərkəzində muxtar republikamızın fəal gənclərinin iştirakı ilə növbəti “Qış məktəbi”nə start  verilib.  Qış məktəbinin ilk günündə gənclər “Ağbulaq” İstirahət Mərkəzi ilə yaxından tanış olub, stolüstü idman oyunlarında iştirak edib, süni örtüklü mini futbol meydançasında futbol oynayıblar. Günün ikinci yarısında Məktəb iştirakçıları arasında “Vətəni tanı” İntellektual Oyunu keçirilib.

Şam yeməyindən sonra gənclər tərəfindən hazırlanan əyləncəli səhnəciklər nümayiş olunub. Günün sonunda gənclər vətənpərvərlik mövzusunda “Aprel döyüşləri” sənədli filminə tamaşa ediblər.  Məlumat üçün qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu, Naxçıvan Muxtar Respublikasının Həmkarlar İttifaqları Şurası, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı və Heydər Əliyev adına Gənclər birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Qış məktəbi”nin iştirakçıları Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələridir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: