Səfirliklərimiz sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasının 95 illiyi ilə bağlı məlumatlar veriblər - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının 95 illiyi ilə bağlı Azərbaycanın  xarici dövlətlərdəki diplomatik nümayəndəlikləri də xəbərlər  yayıb.  Naxçıvanda muxtariyyətin 95 illiyi ilə bağlı keçirilən rəsmi tədbirlə bağlı  Azərbaycanın Bolqarıstan Respublikasındakı səfirliyi facebook səhifəsində  ingilis dilində “Naxçıvan Muxtar Respublikası 95 illik yubileyini qeyd edir ”  başlıqlı yazı verib.

Ukraynadakı səfirliyimizin facebook səhifəsində isə Naxçıvan Dövlət Televiziyasında hazırlanan “Naxçıvan Muxtar Respublikası 95 ” videoçarx yerləşdirilib. 

Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə də öz facebook səhifəsində ingilis və Azərbaycan dillərində Naxçıvan Muxtar Respublikası haqqında status paylaşıb. Muxtar Respublikanın qədim tarixi abidələri, şəxsiyyətləri və müqəddəs sayılan məkanlar haqqında məlumat verib.Əli Əlizadə həmçinin Pakistanlı dostları və sosial şəbəkədəki izləyicilərini Azərbaycanın bu ayrılmaz hissəsinə səfər etməyə çağırıb. Statusa Naxçıvanın mənzərələrini özündə əks etdirən maraqlı fotolar da əlavə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: