Azərbaycan-İran sərhədində zəlzələ olub

A- A A+

Yanvarın 12-də Azərbaycan-İran sərhədində zəlzələ olub.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, təbii hadisə Yardımlı stansiyasından 14 km şimalda, Azərbaycanla-İran sərhədində (İran ərazisində) saat 23:27-də 3,1 maqnitudada qeydə alınıb.

Zəlzələ ocağı 26 kilometr dərinlikdə yerləşib. Təbiət hadisəsi hiss olunmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: