NUHÇIXAN xəbər verir ki, dünyanın və Yaxın Şərqin biznes və maliyyə xəbərlərinin nüfuzlu qaynağı olan menafen.com saytında Naxçıvanda fəaliyyət göstərən Gəmiqaya Bərəkət Qida Məhsulları MMC-nin öz məhsullarını Rusiya bazarlarına çıxarması ilə bağlı məlumat yer alıb.
Xəbərdə deyilir ki, şirkət özünün istehsalı olan meyvə suyu və şirələrləri Rusiyaya ixrac etməyi planlaşdırır. Artıq tərəflər arasında ilkin razılaşma əldə edilib. Bu ilin sonundan başlayaraq Naxçıvan məhsulları Rusiyaya yola salınacaq.
Yazıda o da vurğulanır ki , şirkət məhsullarını İtaliya, Almaniya və Türkiyə istehsalı olan müasir avadanlıqlarla istehsal edir.