Şərur rayonunda yeni mərasim evləri tikilir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şərur rayonunda son illər mərasim evlərinin tikilib istifadəyə verilməsi ənənəyə çevrilib. Hazırda rayonun Qorçulu, Siyaqut, Qarxun, Sərxanlı, Püsyan kəndlərində mərasim evlərinin inşası davam etdirilir. Bundan əvvəl rayonun Qarahəsənli, Arbatan, Zeyvə, Ərəbyengicə, Xanlıqlar, Muğanlı, Tumaslı kəndlərində yeni mərasim evləri tikilərək kənd sakinlərinin istifadəsinə verilib.

Qeyd etmək yerinə düşər ki, muxtar respublikada yas və dəfn mərasimlərinin dinimizin qaydalarına uyğun şəkildə keçirilməsi ölkə səviyyəsində nümunə hesab edilir. Şərur rayonunda da bu qaydalara ciddi əməl olunur. Yeni mərasim evlərinin tikilib istifadəyə verilməsi sakinlərin yas mərasimlərini ilin istənilən fəslində və hava şəraitində rahat şəkildə keçirməsinə imkan  yaradır, onları əlavə qayğılardan azad edir.

 Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: