“Arpaçay-2” Su Elektrik Stansiyasında təmir işləri aparılıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin istismar sahəsində olan 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik Stansiyası “Arpaçay Su Paylayıcı Bəndi”ndə 2014-cü ildən istismara verilib.
Energetika Xidmətindən NUHÇIXAN-a bildirilib ki, istismara verildiyi tarixdən 15962 ekvivalent saat işləmiş 2 nömrəli hidrogeneratorun aşağı çarpazda olan istiqamətləndirici yastığı qırıldığı üçün, Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2024-cü il tarixli “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” 235 nömrəli Fərmanına əsasən “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin bu sahədə kifayət qədər təcrübəsinin və ixtisaslı mütəxəssislərinin olduğunu nəzərə alaraq, qırılan yastığın stansiyada olan ehtiyat yastıqla dəyişdirilməsi məqsədilə cəmiyyətə müraciət olunub.
Yanvarın 10-13-də cəmiyyətin “Enerjiservistikintitəmirsazlama” MMC-nin ezam olunmuş ixtisaslı mütəxəssisləri stansiyanın mütəxəssisləri ilə birlikdə hidrogeneratorun qırılmış yastığını yenisi ilə əvəzləyib, sınaq yoxlamaları aparıldıqdan sonra qurğu ehtiyata alınıb.