Naxçıvan şəhərində bu yollar yenidən qurulacaq

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” İdarə Heyətinin sədri Bəhruz Əsgərov Naxçıvan televiziyasının efirində bildirib ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illəri əhatə edən Dövlət Prqoramı çərçivəsinə 2025-ci ildə 95,6 km avtomobil yolunun əsaslı təmiri və yenidən qurulması nəzərdə tutulub.

Bəhruz Əsgərov qeyd edib ki, tender mərhələsi tamamlandıqdan sonra Naxçıvan şəhərinin Babək məhəlləsi, Hacıniyyət kəndi, 6-cı məhəllə, Qaraçuq avtomobil yolu, Xətai məhəlləsi, S.Vurğun, N.Naxçıvani, M.H.Şəhriyar, H.Rəhmanov, 58-ci və 61-ci məhəllənin yollarında ilkin işlər həyata keçirilərək asfalt veriləcək. Həmçinin, muxtar respublikanın digər bölgələrində - Babək rayonunun Nehrəm qəsəbəsi, Culfa rayonunun Yaycı kəndində, Şərurun Muğancıq-Müslüm və Cəlilkənd-Düdəngə avtomobil yollarında da əsaslı təmir işləri həyata keçirəcəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: