Naxçıvanın sabiq Baş naziri Şəmsəddin Xanbabayev vəfat edib

A- A A+

NUHÇIXAN-ın məlumatına görə, Naxçıvanın sabiq Baş naziri Şəmsəddin Xanbabayev 85 yaşında yaşadığı Xaçmaz şəhərində dünyasını dəyişib.

O, sabah Bakıda dəfn ediləcək.

Qeyd edək ki, Şəmsəddin Xanbabayev 1939-cu ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olub. 1992-2000-ci illərdə Naxçıvan Muxtar Respublikasının Baş naziri, 2000-2004-cü illərdə isə Azərbaycan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifələrində çalışıb.

2004-cü ildə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 2019-cu ildə icra başçısı vəzifəsindən azad edildikdən sonra Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının sədri vəzifəsində çalışıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: