Naxçıvan-Şahbuz yolunda avtomobil aşıb, xəsarət alan var

A- A A+

NUHÇIXAN xəbər verir ki, hadisə Babək rayonunun Aşağı Uzunoba kəndi ərazisində, Naxçıvan-Şahbuz magistral yolunda baş verib. Qəza zamanı 75-BF-288 dövlət nömrə nişanlı "KİA" markalı avtomobil magistral yoldan çıxaraq ağaclara dəyib və aşıb. Avtomobilin sürücüsü, Babək rayonu Şıxmahmud kənd sakini, 1988-ci il təvəllüdlü Tağıyev Samir Rüstəm oğlu xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hədisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: